Aşpaz
Təsvir
Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək; Yeməklərə, istifadə edilən məhsullara və onların yararlılıq müddətinə, habelə necə və hansı miqdarda istifadəsinə, saxlanmasına aid biliklərə malik olmaq və nəzarət etmək; Öz işini əmək və qida təhlükəsizliyi qaydalarına və sanitariya normalarına uyğun olaraq təşkil etmək; İş yerindəki bütün avadanlıqların, materialların və əşyaların təmizliyini və səmərəliliyini qorumaq; Lazım olacaq ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək; Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək; Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsünü aparmaq; Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək və onların fəaliyyətinə nəzarət etmək; İşlərin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək; Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl etmək.
Requirements
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli; Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli; Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməyi bacarmalı; Ən azı 3 illik iş təcrübəsi; Mətbəx heyətini idarə etmə bacarığı; Komandada işləmək bacarığı; Öyrənmə və özünü inkişafa, yeni üsulları və texnikaları öyrənməyə açıq və istəkli olma. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş yeri: City Garden kampusu; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.