Vacancies
AV

Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis

Avrora

Əsas vəzifə öhdəlikləri:

• İstehsalat avadanlıqlarındakı avtomatika və elelktronika ilə bağlı yaranmış problemləri aradan qaldırır;

• Avtomatlaşdırma sistemlərinin (PLC, SCADA, HMI, VFD və digər idarəetmə sistemləri) texniki vəziyyətini izləyir, diaqnostika və sazlama işlərini həyata keçirir;

• Elektrik sxemləri, idarəetmə sxemləri və texniki sənədlər üzrə dəyişiklikləri izləyir və aidiyyəti sənədlərin yenilənməsində iştirak edir;

• Avtomatlaşdırma və elektronika avadanlıqları ilə bağlı texniki hesabatların, nasazlıq analizlərinin və görülmüş işlər üzrə məlumatların hazırlanmasında iştirak edir;

• Avtomatlaşdırma avadanlıqları üçün tələb olunan ehtiyat hissələri və elektron komponentlərin texniki uyğunluğunu müəyyən edir, sifariş prosesində iştirak edir;

• Sensorlar, icraedici mexanizmlər, idarəetmə modulları və elektron komponentlərin düzgün işləməsinə nəzarət edir, nasazlıqların aradan qaldırılmasında iştirak edir;

Tələb olunan təhsil, iş təcrübəsi:

• Təhsil: Ali təhsil: Proseslərin avtomatlaşdırılması mühəndisi sahəsində

• İş təcrübəsi: Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi; (istehsal sahəsi üzrə təcrübəsi üstünlükdür)

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün);

• İş saatları: 09:00-18:00;

• İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye Parkı

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• Peşəkar komanda mühiti;

• Şirkət hesabına korporativ nömrə;

• Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Back