Kargüzar (Yevlax İFT)
Təsvir
Rəhbərliyin göstərişi ilə məktublar hazırlamaq; Korrespondensiyanı qəbul etmək, qeydiyyatdan keçirmək və müvafiq bölmələrə göndərmək; İcra olunmuş sənədləri ünvanlarına yola salmaq, alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparmaq, cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək; Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında emalını, onların yerlərə çatdırılmasını təmin etmək, müntəzəm olaraq sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət etmək; Sənədli materialların qəbulu, o cümlədən rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatının aparılması və müvafiq struktur bölmələrinə verilməsini təşkil etmək; Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin etmək; Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında iştirak etmək, onlara texniki xidməti təşkil etmək və qeydiyyatını aparmaq; Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək; Müəssisədə arxiv işinin təşkili və aparılmasına rəhbərlik etmək; Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etmək; Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil etmək, müəyyən olunmuş hesabatı tərtib etmək.
Requirements
- Şifahi və yazılı ünsiyyət bacarıqları; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslarını bilməlidir ; Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlərin tələblərini bilməlidir ; Kargüzarlığın vahid dövlət sisteminin əsaslarını bilməlidir ; Təşkilati göstəriş sənədlərinin vahid şəkilə salınmış sistem standartlarını bilməlidir.