Kiçik mühasib (Saatlı rayonu)
Təsvir
Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək; Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək, inventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək; Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək; Hesabatların hazırlanması üçün sahədən məlumat toplamaq; Ezamiyyə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq; Sahənin anbarı üzrə mal-material hesabatlarını qəbul etmək, yoxlamaq və mal-materialların uçotunu aparmaq; Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Requirements
- Müvafiq sahə üzrə orta ixtisas təhsili; Müvafiq sahə üzrə təcrübəsinin olması arzu olunandır; Proqram bilikləri: MS Office, 1 C; Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları barədə biliklər; Mühasibat hesabının metod və formaları, uçot və hesabatılıq barədə biliklər; Analitik düşüncə; Diqqətlilik.