Korporativ Satış Mütəxəssisi
Təsvir
Şirkətimizin korporativ müştəri portfelinin genişləndirilməsi və satış hədəflərinin həyata keçirilməsi məqsədilə Korporativ Satış Mütəxəssisi axtarırıq. Bu vəzifədə əsas məqsəd potensial korporativ müştərilərin müəyyən edilməsi, onların biznes ehtiyaclarının analiz olunması və şirkətimizin ödəniş və texnoloji həllərinin müştərilərə təqdim edilərək satışının həyata keçirilməsidir. Vəzifə öhdəlikləri Yeni korporativ müştərilərin axtarışı və müəyyən edilməsi; Potensial müştərilərlə ilkin əlaqələrin qurulması və görüşlərin təşkil edilməsi; Müştərilərin biznes ehtiyaclarının və mövcud proseslərinin analiz edilməsi; Müştərinin ehtiyaclarına uyğun ödəniş və texnoloji həllərin təqdim və təklif edilməsi; E-com, MultiSplit, POS, App, Payment Integration və digər şirkət həllərinin müştərilərə təqdim edilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış danışıqlarının aparılması və kommersiya şərtlərinin razılaşdırılması; Müqavilə imzalanana qədər satış prosesinin koordinasiyası və izlənilməsi; Mövcud korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və əlavə satış imkanlarının müəyyən edilməsi; Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyən olunması; Sərgi, biznes forum və digər tədbirlərdə şirkətin təmsil olunması; Satış nəticələri və potensial müştərilər üzrə hesabatların hazırlanması.
Requirements
- B2B və ya korporativ satış sahəsində minimum *1-2 il iş təcrübəsi*; Korporativ müştərilərlə danışıqlar aparmaq və satış prosesini idarə etmək bacarığı; Satış texnikaları və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi üzrə biliklər; Güclü kommunikasiya və təqdimat bacarıqları; Analitik düşüncə və müştərinin biznes ehtiyaclarını düzgün qiymətləndirmək bacarığı; Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq; IT, ödəniş sistemləri və fintech məhsulları haqqında ümumi anlayış arzuolunandır; Yeni məhsul və texnologiyaları sürətli öyrənmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı. Dil bilikləri Azərbaycan dili — səlis; Rus dili — yaxşı səviyyədə arzuolunandır; İngilis dili — yaxşı səviyyədə arzuolunan Şəxsi keyfiyyətlər Təşəbbüskar və aktiv; Güclü ünsiyyət və inandırma bacarığı; Nəticəyə fokuslanmış; Komanda ilə işləmə bacarığı; Məsuliyyətli və çevik; Yeni müştərilərlə əlaqə qurmaq və networking bacarığı yüksək.