Vacancies
QU

Layihə meneceri

Qarabağ Universitetinin Klinikası

Təsvir

Tikinti, təmir , yenidənqurma və tamamlama layihələrini planlaşdırma mərhələsindən yekunlaşanadək koordinasiya etmək; Layihələrin əhatə dairəsi, icra qrafiki və büdcəsinə nəzarət etmək; Podratçılar, memarlar, mühəndislər, satınalma və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək; Tikinti sahələrində işlərin gedişatını, keyfiyyətini, təhlükəsizlik tələblərinə və qüvvədə olan normalara uyğunluğunu izləmək; Layihələr üzrə gecikmə, risk və problemləri vaxtında müəyyən etmək və həlli istiqamətində tədbirlərin görülməsini koordinasiya etmək; Binaların, avadanlıqların və klinik təlim məkanlarının cari və profilaktik texniki xidmətini planlaşdırmaq və izləmək; Tikinti və obyektlərin istismarı ilə bağlı icazə, yoxlama və normativ tələblərə uyğunluq proseslərini koordinasiya etmək; Təchizatçı və podratçıların seçilməsi, tender təkliflərinin qiymətləndirilməsi və müqavilələrin idarə olunması proseslərində Satınalma şöbəsi ilə əməkdaşlıq etmək; Rəhbərlik üçün layihələrin icra vəziyyəti, büdcə və əsas risklər barədə mütəmadi hesabatlar hazırlamaq; Layihə sənədlərinin, qrafiklərin və digər müvafiq qeydlərin sistemli şəkildə aparılmasını təmin etmək.

Requirements

  • Mühəndislik, tikintinin idarə edilməsi, memarlıq, informasiya texnologiyaları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi ; Layihə meneceri və ya layihə menecerinin köməkçisi kimi iş təcrübəsi; Tikinti, obyektlərin idarə edilməsi və ya İT infrastrukturu layihələri üzrə təcrübə; Layihə idarəetməsi üzrə sertifikatın olması üstünlükdür ; Güclü təşkilatçılıq, planlaşdırma və eyni zamanda bir neçə layihə və prioriteti idarə etmək bacarığı; Podratçılar, mühəndislər, rəhbərlik və digər maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlıq bacarığı; MS Project, MS Excel və ya digər layihə izləmə və ofis proqramlarından işlək səviyyədə istifadə bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, İngilis dili üzrə işgüzar səviyyədə bilik.
Back