Material və Tələb Planlaşdırıcısı
Təsvir
· MRP (Material Requirements Planning) proseslərini mütəmadi icra etmək və nəticələr əsasında satınalma tələblərini formalaşdırmaq; · İstehsalat planına uyğun material ehtiyaclarını müəyyənləşdirmək və təminat prosesini izləmək; · İstehsalat planına əsasən work order-lar yaratmaq, onların icrasını izləmək və tələb olunan tədbirləri koordinasiya etmək; · Material çatışmazlığı, gecikmələr, tutum məhdudiyyətləri və digər təchizat zənciri risklərini əvvəlcədən müəyyənləşdirmək; · Kritik materiallar və potensial bottleneck-lər üzrə preventiv tədbirlər hazırlamaq və icrasını təmin etmək; · Satınalma, Logistika, Anbar və İstehsalat komandaları ilə gündəlik koordinasiyada işləmək; · Təchizatçıların material çatdırılma tarixlərini izləmək və gecikmələr zamanı müvafiq komandalarla həll yolları üzərində işləmək; · Stok səviyyələrini, material dövriyyəsini və istehsalat ehtiyaclarını analiz etmək; · Əməliyyat məlumatlarını təhlil etmək, müvafiq hesabatlar hazırlamaq və planlaşdırma proseslərinin effektivliyini artırmaq; · ERP/MRP sistemlərində məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək; · Planlaşdırma proseslərinin optimallaşdırılması və davamlı təkmilləşdirilməsi təşəbbüslərində iştirak etmək.
Requirements
- Sənaye mühəndisliyi, Logistika, Təchizat Zənciri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; · İstehsalat, material planlaşdırması, procurement və ya logistika sahəsində iş təcrübəsi; · ERP və MRP sistemləri ilə işləmə təcrübəsi; · Microsoft Excel proqramında yüksək səviyyədə bilik və data analizi bacarığı; · Analitik düşüncə və məlumatlar əsasında qərarvermə bacarığı; · İngilis dilində yaxşı səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; · Bir neçə prioriteti eyni vaxtda idarə etmək və təzyiq altında effektiv işləmək bacarığı; · Problemləri qabaqcadan müəyyənləşdirmək və preventiv yanaşma nümayiş etdirmək; · Birbaşa səlahiyyət olmadan müxtəlif komandaları koordinasiya etmək və nəticəyə yönləndirmək bacarığı; · Yüksək məsuliyyət hissi, detallara diqqət və güclü təşkilatçılıq bacarığı.