Vacancies
AM

Network Administrator/Şəbəkə inzibatçısı (Baş/Aparıcı mütəxəssis)

Azərpoçt MMC

Təsvir

Korporativ şəbəkə infrastrukturunun (Firewall, IPS, Switch, Router və s.) fasiləsiz, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi; Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və istismarının həyata keçirilməsi; Şəbəkə avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası, təhlili və operativ şəkildə aradan qaldırılması (troubleshooting); Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik risklərinin aşkarlanması və onların aradan qaldırılması üzrə texniki həllərin hazırlanması və tətbiqi; Firewall, VPN, IPS və digər təhlükəsizlik həllərinin idarə olunması və dəstəklənməsi; Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələrinin (backup) yaradılması, bərpası və dəyişikliklərin idarə olunması; Şəbəkə resurslarına giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və idarə edilməsi; VPN tunellərinin qurulması, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi; Bulud infrastrukturu ilə məlumat mərkəzi arasında şəbəkə inteqrasiyasının qurulması və dəstəklənməsi; IP telefoniya infrastrukturunun idarə olunması və texniki dəstəyin göstərilməsi; Yeni rabitə kanallarının qoşulması, avadanlıqların sazlanması və xidmətlərin istismara qəbulunda iştirak; Şəbəkə monitorinq sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi; Şəbəkə trafikinin monitorinqi və təhlili, performansın optimallaşdırılması və potensial problemlərin qabaqlayıcı şəkildə aşkarlanması; İnternet və rabitə xidmətləri üzrə provayderlərlə texniki məsələlərin həlli və koordinasiyanın təmin edilməsi; Şəbəkə infrastrukturuna dair texniki sənədlərin, topologiya sxemlərinin, konfiqurasiya məlumatlarının və inventar uçotunun aktual vəziyyətdə saxlanılması.

Requirements

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə üstünlükdür); Korporativ şəbəkə infrastrukturu və ya sistem inteqrasiyası sahəsində minimum 3 il iş təcrübəsi; Korporativ WAN/LAN şəbəkələrinin layihələndirilməsi, qurulması, istismarı və inkişafı üzrə praktiki təcrübə; Cisco Routing, Switching və Security həlləri üzrə nəzəri bilik və praktiki təcrübə; Cisco, Fortinet və digər istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası, idarə olunması və texniki dəstəyi üzrə təcrübə; NGFW, IPS, WAF, VPN və digər şəbəkə təhlükəsizliyi həlləri ilə iş təcrübəsi; Linux əməliyyat sistemi üzrə inzibatçılıq bilikləri; IP telefoniya sistemlərinin idarə olunması üzrə təcrübə; Şəbəkə avadanlıqlarının quraşdırılması, kabelləşdirilməsi və istismara verilməsi üzrə təcrübə; Şəbəkə protokolları (TCP/IP, OSPF, BGP, VLAN, STP, NAT, DHCP, DNS və s.) üzrə biliklər; İnformasiya təhlükəsizliyi prinsipləri və şəbəkə təhlükəsizliyi standartları üzrə biliklər; Şəbəkə monitorinq sistemləri (məsələn, Zabbix, PRTG, SolarWinds və s.) ilə iş təcrübəsi üstünlükdür; CCNP, Fortinet NSE/FCP və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür; İngilis dili biliyi (texniki sənədlərin oxunması və istehsalçıların texniki dəstək xidmətləri ilə yazışma səviyyəsində).
Back