Vacancies
1X

Satış və çağrı mərkəzi üzrə mütəxəssis

166 Xalçayuma xidməti

166 Xalçayuma xidməti “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” vakansiyası elan edir.

Namizədə tələblər:

• Xanım namizədlər;

• Təcrübə: 1-3 il satış sahəsində (mütləqdir);

• Təhsil:  Ali;

• Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis;

• Ofis proqramı bilikləri: MS Word,MS Excel;

• Aydın və dəqiq danışıq qabiliyyəti;

• Komandada işləmə bacarığı;

• Müştərilərlə ünsiyyət qurma bacarığı.

Vəzifə Öhdəlikləri:

• Qaynar xəttə daxil olan zənglərin cavablandırılması və sifarişlərin daxili sistemdə qeydiyyata alınması;

• Müştərilərin müraciətlərinin operativ və düzgün şəkildə cavablandırılması;

• Xidmətlər haqqında ətraflı məlumat vermək və müştəriləri düzgün istiqamətləndirmək;

• Müştərilər üçün satış əməliyyatlarını icra etmək və sifarişləri tamamlamaq;

• Mövcud müştərilərlə əlaqələrin qorunması və təkrar satışların təşkili;

• Satış nəticələrinin və müştəri müraciətlərinin gündəlik hesabatının aparılması;

• Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş qrafiki;

• Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;

• Ünvan: Xırdalan şəhəri.

Uyğun namizədlərdən CV-lərini  “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Back