Vacancies
PP

SƏTƏM üzrə mütəxəssis

PMD Projects MMC

Təsvir

Təhlükəsiz mühitin təmin edilməsi üçün sahəyə/əraziyə səfərlərin və yoxlamaların təşkili; Gündəlik Təlimatlarda (TBT) iştirak, zərurət yarandıqda onların təşkili və təmin edilməsi; Podratçıların təsdiqlənmiş SƏTƏM, Fövqəladə Hallar planlarına və Risklərin Qiymətləndirilməsi Cədvəlinə uyğun işlərin həyata keçirilməsinə nəzarət; SƏTƏM hadisələrinin araşdırılması və ya hadisələrin araşdırılmasında SƏTƏM Rəhbərliyinə yardımçı olmaq; SƏTƏM hadisələrininin araşdırılması hesabatında aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılmasının müvafiq cavabdeh şəxslərə və ya bölmələrə həvalə edilməsini təmin etmək; Qeyd olunan uyğunsuzluqların bağlanılması, təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək; Ehtiyac olduqda layihə komandasına SƏTƏM baxımından məsləhətlər vermək; İstifadə olunan qurğu və avadanlıqların istifadə üçün yararlı olmasını yoxlamaq və təhlükəsiz olduğunu təsdiqləmək; İşçilərin peşə və təcrübə üzrə doğru işlərdə işləmələrinə nəzarət etmək; İş yerlərində texniki təhlükəsizlik təcrübələrini təbliğ etmək; Texniki Təhlükəsizlik qaydalarının riayət edilməsinə nəzarət etmək; Fövqəladə halların idarə olunması üzrə məşqləri və təlimləri təşkil etmək; SƏTƏM baxımından dövlət normativ qaydalarının riayət olunmasına nəzarət etmək; Risklərin qiymətləndirilməsinin təşkili və təmin edilməsi; Lazım olduqda texniki təhlükəsizlik standartlarını və siyasətlərini müəyyənləşdirmək; Bütün işçilərin üçün təhlükə yaradan halların aradan qaldırılmasını təmin etmək; İşçilərin texniki təhlükəsizlik baxımından problemlərinə cavab vermək; İnsan həyatına, ətraf mühitə və şirkətin əmlakına ziyan verə biləcək potensial təhlükələr yarandıqda işi dayandırmaq.

Requirements

  • Ali təhsil: SƏTƏM və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsi; İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı; Kompüter bacarıqları: MS Office, məlumat bazası ilə işləmək təcrübəsi arzu olunandır.
Back