Vacancies
ST

Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)

Stark Technology MMC

İşin təsviri

• Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;

• Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;

• Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;

• Kabel kanalları, borular və metal konstruksiyaların montajının yerinə yetirilməsi;

• NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;

• Avadanlıqların ilkin testinin aparılması və yaranan nasazlıqların aradan qaldırılması;

• Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq əməl olunması;

• Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.

İş şəraiti:

• İş yeri: Bakı şəhəri;

• 6 günlük iş həftəsi;

• Əmək haqqı 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Requirements

  • Kamera və siqnalizasiya sistemlərinin quraşdırılması sahəsində 1-3 il iş təcrübəsi;
  • Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;
  • Kabel çəkilişi və montaj işlərini sərbəst icra etmək bacarığı;
  • Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;
  • Layihə və montaj sxemlərini sərbəst oxumaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Back