BI üzrə Mühəndis
Təsvir
Tələb olunan hesabat və data panellərinin texniki və biznes tələblərini toplamaq; Biznes tələblərini toplayaraq tələb olunan hesabatları və data panellərini tərtib etmək; SQL və PL/SQL-dən istifadə edərək məlumatların çıxarılması, emalı və biznes tələblərinə uyğun hesabatların hazırlanması; Tələb olunan hesabatları BI alətləri ilə vizuallaşdırmaq; Hesabatlarda və data panellərində istifadə olunan data mənbələri üçün data keyfiyyəti standartlarının təhlilində digər mütəxəssislərlə birlikdə iştirak etmək; Yeni data tələblərini, təhlil strategiyalarını və hesabat mexanizmlərini müəyyən etmək üçün biznes və İT bölmələri ilə əlaqə qurmaq və müzakirələr aparmaq; Bütün hesabat və data panellərinin dəyişikliklər və əlavələr üzrə sənədləşməsini aparmaq; Regulyator, rəhbərlik, əməliyyat və özünəxidmət hesabatlarının və data panellərinin qurulması, müxtəlif biznes sahələri üçün datamartların tərtib edilməsi məqsədilə texniki infrastrukturun və biznes həllərinin dizayn və tətbiqini həyata keçirmək. Üstünlüklərimiz: Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar; Könüllü tibbi sığorta proqramına qoşulma imkanı; Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan, mehriban komanda mühiti.
Tələblər
- BI mühəndisi, hesabat mütəxəssisi və ya Data Analitik kimi minimum 2 il iş təcrübəsi (bank sektorunda təcrübə üstünlükdür); Kompüter elmləri, mühəndislik və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi; BI texnologiyaları ilə (məs., Apache Superset, Oracle BI, Power BI, TIBCO) işləmə bacarığı; Oracle SQL, PL/SQL və PostgreSQL üzrə yüksək səviyyədə biliklər; Data modelləşdirməsinin əsasları və ETL/ELT konsepsiyaları üzrə biliklər; Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı; Rus dili biliyi üstünlükdür.