Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Təsvir
Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının yaradılması prosesində iştirak edir; Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının satışına və xidmətinə dəstək olan alətlərin hazırlanması və inkişaf etdirilməsində iştirak edir; Satış personalının maddi və qeyri-maddi motivasiyasını yaradılmasına dair təkliflər verir; Satışlarda yeni texnologiyalardan istifadə olunmasına yardım edir; Bankın digər struktur bölmələri ilə işləri koordinasiya etməklə korporativ satışları həyata keçirən struktur bölmələrə dəstək göstərir; Biznes hesabatlarını hazırlayır, təhlil edir və nəticələrini işıqlandırır; Maddi və qeyri-maddi motivasiya sisteminə nəzarət edir və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayır; Biznes hesabatlarının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üçün təkliflər verir; Korporativ satışları həyata keçirən struktur bölmələrin fəaliyyətini optimallaşdırmaq məqsədi ilə əlaqəli struktur bölmələrlə birgə layihələr aparır; Bütün növ biznes kredit məhsullarının yaradılması, mövcud məhsulların şərtlərinin dəyişdirilməsi və restrukturizasiya şərtlərinin müəyyən edilməsi prosesində iştirak edir; Satış texnologiyalarının və kredit təhlil formalarının təkmilləşdirilməsini təmin edir; Satışların stimullaşdırılması məqsədilə mütəmadi kampaniyaların təşkilində iştirak edir; Səlahiyyətinə dair rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirir.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar); Bank sektorunda, üstünlük olaraq korporativ bankçılıq sahəsində minimum 1-2 il iş təcrübəsi; Korporativ bankçılıq məhsulları, satış və xidmət prosesləri üzrə biliklər; Biznes proseslərinin təhlili, test edilməsi və optimallaşdırılması, biznes tələblərinin hazırlanması, habelə bank məhsullarının inkişafı üzrə bilik və təcrübə; Bank qanunvericiliyi, normativ-hüquqi aktlar və daxili qaydalar üzrə biliklər, problemlərin təhlili və onların həlli üzrə təkliflər hazırlamaq bacarığı; Müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması və proseslərin sadələşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək bacarığı; Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı, nəticəyönümlülük, təşəbbüskarlıq və innovativ yanaşma; Güclü yazılı və şifahi ünsiyyət, təqdimat və danışıqlar aparmaq, habelə bankdaxili struktur bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya bacarığı; MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini isə işgüzar səviyyədə bilmək üstünlük hesab olunur.