XB
Biznesin İnkişafı İdarəsinin Marketinq, reklam və ictimai əlaqələr şöbəsinin mütəxəssisi (rəqəmsal marketinq üzrə)
Xalq Bank
Təsvir
· R əqəmsal marketinq fəaliyyətini planlaşdırmaq və həyata keçirmək (Veb, SEO, sosial media, GDN), kontent marketinqinin koordinasiyası; · Rəqəmsal kanallarda reklamları təhlil etmək, hesabat hazırlamaq və qiymətləndirmək ; · Veb saytın texniki təhlili, açar sözlərin (keyword) araşdırılması və optimizasiya işlərinin görülməsi; · Bankın veb saytında istifadəçi yolunu (user journey) analiz etmək və təkmilləşdirmək, müştəri təcrübəsinin optimallaşdırılması; · Onlayn satışların gücləndirilməsi, brendin rəqəmsal imicinin formalaşdırılması üzrə işləri görmək; · Yeni texnologiyaları və trendləri müəyyənləşdirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq.
Tələblər
- Marketinq və ya müvafiq sahə üzrə magistr dərəcəsi; · Rəqəmsal marketinqdə ən az 2-3 il iş təcrübəsi; · SEO sahəsi, effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə; · Sayt analitikası, məhsul səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə təcrübə; · Güclü analitik yanaşma və təhlillərə əsaslanma; · Rəqəmsal marketinq sahəsində yeni trendlər və ən yaxşı təcrübələr haqqında biliklər.