Vakansiyalar
ST

Daxili logistika üzrə satış mütəxəssisi

Sahil Transport MMC

Vəzifə öhdəlikləri:

• Şirkətin xidmətlərinin satışını təmin etmək

• Bazarın aktual qiymət siyasətini təhlil etmək

• Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək

• Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək

• Logistika menecerləri ilə sıx əməkdaşlıq etmək

• Müştərilərdən daxili yük daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;

• Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;

• Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;

• Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;

• Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Tələblər

  • Daxili  yük daşıma sahəsində satış  təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (Rus dili, İngilis dili arzuolunandır);
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • İş Qrafiki
  • İş günü: Bazar ertəsi-Cümə
  • İş saatları: 09:00-18:00
  • Əmək haqqı: Əmək haqqı + bonus
  • Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daxili  logistika üzrə satış mütəxəssisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Geri