Hüquqşünas
Təsvir
Fintech layihələrinin hüquqi arxitekturasını quracaq, biznes hədəfləri ilə hüquqi risklər arasında balans yaradacaq və dinamik mühitdə komandamızın hüquqi dayağı olacaq peşəkar mütəxəssis axtarırıq. Vəzifə Öhdəlikləri • Şirkətin müqavilə, məktub, arayış və digər hüquqi sənədlərini hazırlamaq. • Müştəri, tərəfdaş, bank və dövlət qurumları ilə hüquqi yazışmalarda iştirak etmək. • Yeni fintech və ödəniş məhsullarının hüquqi uyğunluğunu analiz etmək. • E-commerce, payout, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək. • AML/KYC, compliance və risk proseslərinə hüquqi dəstək göstərmək. • Mərkəzi Bank və digər tənzimləyici qurumların tələblərinə uyğunluq üzrə sənədləşmədə iştirak etmək. • Daxili qaydalar, prosedurlar və siyasətlərin hazırlanmasına dəstək vermək. • Şirkətin hüquqi sənəd dövriyyəsini idarə etmək. • Məhsul, risk, AML və biznes komandaları ilə birlikdə işləmək
Tələblər
- Hüquq üzrə ali təhsil. • Korporativ hüquq, müqavilə hüququ və kommersiya hüququ üzrə biliklər. • Ödəniş xidmətləri, AML/KYC və compliance tələbləri üzrə anlayış. • Yeni məhsul və xidmətlərin yaradılması zamanı hüquqi uyğunluğu qiymətləndirmək bacarığı. • Müqavilə, rəsmi məktub, arayış və daxili hüquqi sənədlərin hazırlanması bacarığı. • Azərbaycan Respublikasının mülki, əmək, vergi və sahibkarlıq qanunvericiliyi üzrə biliklər. • Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik. • Müstəqil işləmək və prioritetləri düzgün idarə etmək bacarığı. • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı. Üstünlük hesab olunur • Ödəniş təşkilatı, fintech və ya bank sektorunda iş təcrübəsi. • Mərkəzi Bank tələbləri və ödəniş xidmətləri qanunvericiliyi ilə tanışlıq. • AML, compliance və məhsul hüququ üzrə praktik biliklər. • Hüquqi məsələlərə biznes və risk prizmasından yanaşmaq bacarığı. • İngilis və rus dili biliyi. Biz nə təklif edirik? • Sürətlə böyüyən Fintex sektorunda real karyera imkanı. • Kiçik, çevik və peşəkar komanda mühiti. • Maraqlı hüquqi keyslər və innovativ layihələr. • Peşəkar inkişaf və daimi öyrənmə imkanları. • Rəqabətli əməkhaqqı.