AY
İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Təsvir
Veb, mobil, API və infrastruktur sistemləri üzrə nüfuzetmə sınaqlarının (Penetration Testing) həyata keçirilməsi; Təhlükəsizlik boşluqlarının müəyyən edilməsi, istismar edilməsi və onların risklərinin, eləcə də biznesə mümkün təsirinin qiymətləndirilməsi və sənədləşdirilməsi; Texniki detallar, risk səviyyələri və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə tövsiyələri əhatə edən peşəkar hesabatların hazırlanması; Daxili nüfuzetmə sınaqları və zəifliklərin idarə edilməsi proseslərinin hazırlanması və təkmilləşdirilməsi; Sistemlərin təhlükəsiz dizaynının təmin olunması və müəyyən edilmiş təhlükəsizlik boşluqlarının aradan qaldırılması istiqamətində aidiyyəti komandalarla əməkdaşlıq.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri, İT mühəndisliyi və ya oxşar texniki ixtisaslar); Nüfuzetmə sınaqları (Penetration Tester) sahəsində minimum 2 il praktiki iş təcrübəsi; Veb, mobil, API, infrastruktur və simsiz şəbəkələr üzrə manual və avtomatlaşdırılmış təhlükəsizlik testlərinin aparılması sahəsində güclü praktiki bilik; Veb və mobil tətbiqlərin arxitekturası, eləcə də geniş yayılmış hücum vektorları haqqında yaxşı anlayış; Ən azı bir skriptləşdirmə və ya proqramlaşdırma dilində (məsələn, Python, Bash, JavaScript) praktiki bilik; Zəifliklərin idarə edilməsi prosesləri üzrə təcrübə, o cümlədən zəifliklərin müəyyən edilməsi, prioritetləşdirilməsi, izlənilməsi və aradan qaldırılması prosesinin koordinasiyası; Zəifliklərin idarə edilməsi alətləri (məsələn, Qualys, Tenable, Rapid7 və ya analoji həllər) ilə iş təcrübəsinin olması üstünlükdür; Şəbəkə əsasları, o cümlədən şəbəkə avadanlıqları və protokolları (routerlər, switch-lər, firewall-lar, TCP/IP protokollar steki və s.) üzrə yaxşı bilik; Proqram təminatının hazırlanması, şəbəkə administrasiyası və ya sistem mühəndisliyi sahəsində təcrübənin olması üstünlükdür; OSCP, OSEP, OSWE, eWPTX, eCPPT, eMAPT, CRTO və ya analoji beynəlxalq sertifikatların olması üstünlükdür; Dil bilikləri: İngilis dili – Upper-Intermediate (B2) və ya daha yüksək səviyyə; Analitik düşünmə və problemlərin həlli bacarığı; Detallara diqqət; Komanda ilə işləmək və əməkdaşlıq bacarığı; Vaxtın düzgün idarə edilməsi və işin planlaşdırılması bacarığı.