Вакансии
TM

Aparıcı Mühasib

Tabaterra MMC

Təsvir

İstehsal müəssisəsinin gündəlik mühasibat əməliyyatlarına rəhbərlik etmək, baş mühasibat kitabının dəqiq, tam və vaxtında (aylıq, rüblük və illik) bağlanmasının təmin edilməsi; Əsas vəsaitlər, ehtiyatlar, kreditor və debitor borcları, əməkhaqqı, bank və kassa əməliyyatları üzrə cavabdeh mühasiblərin işinə nəzarət etmək, onları istiqamətləndirilməsi və işlərinin yoxlanması; Mühasibat uçotunu milli mühasibat uçotu standartlarına və IFRS-ə uyğun aparmaq, Vergi Məcəlləsinin və digər qanunvericiliyin tələblərinə tam riayət olunmasının təmin edilməsi; Tütün məmulatları üzrə aksiz vergisi və aksiz markalarının uçotuna nəzarət etmək: markaların əldə edilməsi, istehsalata verilməsi, istifadəsi, silinməsi, zədələnməsi və marka qalıqlarının istehsal və satış həcmləri ilə üzləşdirilməsi; Qanunvericiliklə müəyyən edilmiş müddətlərdə vergi bəyannamələrini (ƏDV, aksiz, mənfəət vergisi, ödəmə mənbəyində vergi, əməkhaqqı vergiləri və sosial ayırmalar) və statistik hesabatların hazırlanması və təqdim edilməsi; İstehsal maya dəyərinin uçotuna nəzarət etmək: tütün xammalı və qeyri-tütün materiallarının sərfi, bitməmiş istehsalat, standart və faktiki maya dəyəri, kənarlaşmalar və hazır məhsulun qiymətləndirilməsi; Tütün xammalı, filtrlər, qablaşdırma materialları və ehtiyat hissələrinin idxalının, o cümlədən gömrük rüsumları, idxal üzrə ƏDV və xarici valyuta əməliyyatlarının düzgün uçotunun təmin edilməsi; Xammal, bitməmiş istehsalat, hazır məhsul, aksiz markaları və əsas vəsaitlərin dövri inventarizasiyasını təşkil etmək, aşkar olunan artıqlıq, çatışmazlıq və silinmələrin uçotunun aparılması; Şirkətlərarası, təchizatçı, müştəri, bank və vergi orqanları ilə qalıqların üzləşdirilməsini aparılması və uyğunsuzluqların vaxtında aradan qaldırılması; Müqavilələri, hesab-fakturaları, elektron qaimə-fakturaları və ödəniş sənədlərini təsdiqdən əvvəl mühasibat, vergi və sənədləşmə baxımından yoxlanılması; Rəhbərlik, qrup şirkəti və digər maraqlı tərəflər üçün aylıq maliyyə hesabatlarını və bağlanış paketlərini hazırlanması; Kənar auditorlar və vergi yoxlamaları ilə əsas əlaqələndirici şəxs qismində çıxış etmək, tələb olunan sənədləri hazırlamaq və audit tövsiyələrinin tətbiq edilməsi; Mühasibat uçotu siyasətini, hesablar planını, daxili nəzarət prosedurlarını və iş təlimatlarının hazırlanması və yenilənməsi; ERP/mühasibat sisteminin (1C, SAP, Microsoft Dynamics və s.) tətbiqini, konfiqurasiyasını və düzgün istifadəsini dəstəkləmək, uçot proseslərinin avtomatlaşdırılmasına töhfə verilməsi; Büdcələşdirmə, proqnozlaşdırma və idarəetmə hesabatlılığı məqsədilə Maliyyə Meneceri / Baş Mühasibə uçot məlumatları və izahatların təqdim edilməsi.

Требования

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Ən azı 5 il mühasibatlıq təcrübəsi, o cümlədən ən azı 2 il aparıcı, böyük və ya rəhbər vəzifədə; istehsalat (tütün, FMCG, qida və ya içki sektoru) təcrübəsi üstünlükdü; Milli mühasibat uçotu standartları, IFRS və Vergi Məcəlləsi, o cümlədən aksiz vergisi və aksiz markaları ilə bağlı qaydalar üzrə möhkəm biliklər; İstehsalat mühitində maya dəyərinin uçotu, ehtiyatların qiymətləndirilməsi və standart maya dəyəri sistemi üzrə praktiki təcrübə; ERP/mühasibat sistemlərindən (SAP) sərbəst istifadə və Microsoft Excel üzrə yüksək səviyyəli biliklər; Elektron vergi və qaimə platformaları (İnternet Vergi İdarəsi, elektron qaimə sistemləri) ilə iş təcrübəsi; Peşəkar sertifikat (ACCA, CIPA, CPA və ya qismən tamamlanmış proqram) üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək; İngilis dilində yaxşı səviyyə.
Назад