Вакансии
NC

Çağrı mərkəzinin operatoru

Nur Collection

“Nur Collection” MMC “Çağrı mərkəzinin operatoru” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

• 6 günlük iş həftəsi

• Nahar şirkət tərəfindən təmin olunur

• Nahar fasiləsi: 13:00 -  14:00

• Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)

Əsas Vəzifələr:

Əsas Vəzifələr:

• Müştərilərə şirkətin məhsulları, xidmətləri, mövcud kampaniyaları və qiymətləri barədə dolğun və dəqiq məlumat vermək.

• Müştərilərə geyimlərin parça tərkibi, rəng çeşidləri, model xüsusiyyətləri və ölçü barədə dəqiq məlumat vermək.

• Zərurət yarandıqda müştəri bazası əsasında aktiv zənglər etmək, xidmət keyfiyyətini ölçmək və ya satışa dəstək olmaq.

• Operatorun səlahiyyətləri çərçivəsində həll olunmayan müraciətləri və şikayətləri aidiyyatı şöbələrə və ya rəhbərliyə yönləndirmək.

• Sifarişlərin anbardar və kuryer xidmətinə düzgün ötürülməsini təmin etmək, çatdırılma statusunu izləmək və müştərini məlumatlandırmaq.

• Ölçüsü uymayan və ya qüsurlu olan geyimlərin şirkət siyasətinə uyğun olaraq geri qaytarılması və ya dəyişdirilməsi prosesini qüsursuz idarə etmək.

• Gecikən çatdırılmalar və ya səhv məhsul göndərişi ilə bağlı şikayətləri təmkinlə dinləmək və operativ həll etmək.

Требования

  • Xanım namizəd;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində mükəmməl və səlis danışıq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı,telefon etiketinə riayət etmək və stressə davamlılıq;
  • Kompüter savadı (Word,Excel proqramları ilə işləmək bacarığı);
  • Geyim sektoru haqqında baza bilikləri və ya satış /müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür;
  • Məsuliyyətli,operativ və təşəbbüskar olmalıdır;
  • Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Çağrı mərkəzinin operatoru” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Назад