Вакансии
PP

Elektrik üzrə texnik layihəçi

PMD Projects MMC

Təsvir

Mövcud elektrik layihə çertyojlarını və texniki sənədləri analiz etmək; Elektrik sistemləri üzrə İşçi Çertyojlar (Shop Drawing) hazırlamaq; AutoCAD və/və ya Revit proqramlarında 2D/3D çertyojlar hazırlamaq; İşıqlandırma (Lighting) və Qidalandırma/Xırda güc şəbəkəsi (Small Power) planlarını hazırlamaq; İşıqlandırma Dialux hesabatlarını analiz etmək və lazım gəldikdə hesabat hazırlamaq; Kabel kanalı (Cable tray), kabel nərdivanı (Cable ladder) və digər kabel daşıyıcı sistemlərin İşçi Çertyojlarını hazırlamaq; Baş Paylayıcı Lövhə (MDB), Köməkçi Paylayıcı Lövhə (SMDB), Paylayıcı Lövhə (DB) və digər elektrik panellərinin yerləşmələrini və bağlantılarını çertyojlarda göstərmək; Tək Xətt Sxemi (Single Line Diagram - SLD) və digər elektrik sxemlərini layihə tələblərinə uyğun hazırlamaq və yeniləmək; Torpaqlama (Earthing) və İldırımdan Mühafizə (Lightning Protection) sistemləri üzrə çertyojları hazırlamaq; Elektrik sistemlərinin digər mühəndis-kommunikasiya və memarlıq sistemləri ilə koordinasiyasını təmin etmək; Layihə ilə İşçi Çertyoj arasında uyğunsuzluqları müəyyən etmək və layihə mühəndisi ilə dəqiqləşdirmək; Çertyoj düzəlişlərini (reviziya) idarə etmək və dəyişiklikləri düzgün əks etdirmək; İcra çertyojlarının (As-built) hazırlanmasında iştirak etmək; Çertyojların şirkət və layihə standartlarına uyğunluğunu təmin etmək; Layihə mühəndisləri və digər sahələrin çizimçiləri ilə koordinasiyada işləmək.

Требования

  • Elektrik, Elektrotexnika, Mühəndis-Kommunikasiya Sistemləri (MEP) və ya əlaqəli sahə üzrə texniki təhsil; Minimum 3 il elektrik çizimi və ya mühəndis-kommunikasiya layihələrində iş təcrübəsi; AutoCAD proqramında əla səviyyədə işləmə bacarığı; Revit MEP biliyi üstünlükdür; Elektrik üzrə İşçi Çertyojların (Shop Drawing) hazırlanması üzrə praktiki təcrübə; İşıqlandırma, Qidalandırma şəbəkəsi, Kabel kanalı/Kabel nərdivanı və digər elektrik sistemləri üzrə əsas bilik; Tək Xətt Sxemi (SLD) və elektrik sxemləri ilə işləmə bacarığı; Güc və işıqlandırma hesabatlarının aparılması bacarığı; Mühəndis sistemlərinin koordinasiyası prinsipləri haqqında əsas anlayış; Texniki çertyoj standartları və ölçüləndirmə (dimensioning) qaydaları haqqında bilik; MS Office proqramlarında işləmə bacarığı; Detallara diqqətli və məsuliyyətli yanaşma; Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.
Назад