Fəhlə
Təsvir
Fəhlə məktəbin təsərrüfat hissəsində görülən fiziki və texniki işləri yerinə yetirməli, təsərrüfat müdiri və inzibati rəhbərliyin tapşırıqlarını vaxtında icra etməli, məktəbin avadanlıqlarının və əmlakının daşınmasında, yerləşdirilməsində və saxlanmasında iştirak etməli; Fəhlə məktəb binasında və ərazisində aparılan təmir, bərpa və abadlaşdırma işlərində iştirak etməli, materialların, inventarların və avadanlıqların daşınmasını, yüklənməsini və boşaldılmasını təmin etməli; Fəhlə gələn malları və materialları anbara daşımalı, anbardan çıxarılan əşyaların təyinat yerinə çatdırılmasını təmin etməli, zəruri hallarda qablaşdırma və yığma işlərini həyata keçirməli; Su dispenserlərinin daşınmasında iştirak etməli, suları uyğun sayda qoymalı; onların hər mərtəbənin ehtiyacına uyğun şəkildə yerləşdirilməsini təmin etməli və düzgün fəaliyyətini yoxlamalı; Fəhlə məktəbin həyətində və ətrafında yerləşən tikililərin, hasarların, idman meydançasının və digər təsərrüfat obyektlərinin qorunmasında və texniki vəziyyətinin saxlanılmasında iştirak etməli, əraziyə texniki xidmət göstərilməsində yardım etməli; Fəhlə binanın və həyətyanı sahənin təmir işlərində ustalara köməklik göstərməli, tikinti materiallarını və alətləri lazımi yerə daşımalı, iş sahəsində səliqə-səhmanı təmin etməli; Fəhlə elektrik, su, istilik və digər mühəndis sistemlərində nasazlıq olduqda texniki işçilərə dəstək verməli, onların göstərişləri əsasında köməkçi əməliyyatlar yerinə yetirməli; Fəhlə məktəb binasında keçirilən tədbirlər zamanı stulların, masaların, səhnə və texniki avadanlıqların daşınmasını və düzülməsini təmin etməli, tədbirdən sonra avadanlıqları yerinə qaytarmalı; Fəhlə qış aylarında qar və buzun təmizlənməsində, yay aylarında isə həyətyanı sahənin abadlaşdırılmasında, ağac və bitkilərin suvarılmasında iştirak etməli; Fəhlə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğından mühafizə və sanitariya-gigiyena qaydalarına əməl etməli, fərdi mühafizə vasitələrindən düzgün istifadə etməli, qəza və xəsarət hallarında dərhal rəhbərliyə məlumat verməli; Fəhlə məktəb ərazisində və binasında tapşırılan bütün fiziki və texniki işləri doğru şəkildə yerinə yetirməli, əmlakın təhlükəsizliyinə və qorunmasına cavabdeh olmalı, öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmalı; Fəhlə işə vaxtında gəlməli, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli, əmək intizamına və daxili nizam qaydalarına əməl etməli; Fəhlə iş zamanı alət və inventarlardan səliqəli istifadə etməli, onları iş bitdikdən sonra təhvil verməli, zədələnmə və nasazlıq hallarında dərhal rəhbərliyə məlumat verməli; Mərkəz ərazisinə və mövcud olan texniki avadanlıqlara nəzarət etməli; Fəhlə iş sahəsində nizam-intizamı, səliqə-səhmanı və təhlükəsizliyi qoruyub saxlamalı, kollektivdə səmərəli əməkdaşlıq etməli, məktəbin ümumi fəaliyyətinə dəstək göstərməlidir. Vəzifəsini yerinə yetirərkən, elektrik cihazlarından istifadə edərkən və texniki işləri icra edərkən SƏTƏMM tələblərinə əməl edir. İş şəraitinə uyğun olaraq təqdim edilmiş Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət edir. SƏTƏMM mütəxəssisinin göstərişlərinə əməl edir və yoxlamalar zamanı aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılmasını təmin edir.
Требования
- Namizəd orta və ya orta-ixtisas təhsilinə malik olmalı; Fiziki cəhətdən sağlam olmalı; Əmək intizamına riayət etməli, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyi bacarmalıdır; Namizəd sadə təsərrüfat və texniki işlərdə təcrübəyə malik olmalı; Alət və avadanlıqlardan təhlükəsiz şəkildə istifadə etməyi bacarmalı, texniki təhlükəsizlik qaydalarına əməl etməlidir; Namizəd məsuliyyətli, diqqətli və intizamlı olmalı; Komanda ilə işləməyi bacarmalı; Rəhbərliyin göstərişlərini düzgün başa düşməli və vaxtında icra etməlidir; Namizəd məktəbin ərazisində görülən bütün fiziki və təsərrüfat işlərini düzgün yerinə yetirməli; Ünsiyyət bacarıqları; Səbirlilik; Ədalətlilik, məsuliyyət və dürüstlük; Fiziki səy; Əməkdaşlıq; Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.