Вакансии
GT

İşəqəbul və Təlim İnkişaf üzrə mütəxəssis

Guven Technology LLC

Təsvir

Şirkətin İT və digər funksional istiqamətləri üzrə vakansiyalarının idarə edilməsi; Namizədlərin axtarılması, ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesinin koordinasiyası; İşə qəbul prosesinin bütün mərhələlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi; Potensial namizədlər üzrə məlumat bazasının formalaşdırılması və mütəmadi yenilənməsi; Yeni əməkdaşların şirkətə uyğunlaşma prosesinin təşkilində iştirak; Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və illik təlim planının hazırlanmasına dəstək; Təlimlərin planlaşdırılması, təşkili və koordinasiyası; Təlim şirkətləri və təlimçilərlə işin təşkili; Təlimlərdə iştirakın və nəticələrin izlənilməsi, hesabatların hazırlanması; Əməkdaşların peşəkar inkişaf proqramlarının həyata keçirilməsinə dəstək; İşə qəbul və əməkdaşların inkişafı üzrə hesabatların hazırlanması; İR layihələrində və əməkdaşların inkişafına yönəlmiş təşəbbüslərdə iştirak.

Требования

  • Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Psixologiya və ya uyğun ixtisas üzrə) İT sahəsində işə qəbul və təlim və inkişaf istiqamətləri üzrə minimum 2 il iş təcrübəsi; Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür; İşə qəbul platformalarından istifadə bacarığı; MS Office, xüsusilə Excel və PowerPoint proqramları üzrə bilik; Analitik düşüncə və detallara diqqət, nəticəyönümlü və məsuliyyətli yanaşma; Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları.
Назад