Вакансии
BS

Kabelçəkmə üzrə kiçik texnik

Baku Steel Company

Təsvir

İşin qısa təsviri Kabel xətlərinin və kabel sonluğu qurğularının istismar-texniki xidmətində, kabel sistemlərinin saz və təhlükəsiz vəziyyətdə saxlanılmasında, həmçinin yaranmış nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması işlərində iştirak etmək. Əsas vəzifə və öhdəliklər Kabel xətlərinin və kabel sonluğu qurğularının istismar-texniki xidmətində iştirak etmək; Kabel xətlərinin texniki vəziyyətinə baxış keçirmək, aşkar edilmiş nasazlıq və qüsurlar barədə məlumat vermək; Kabel xətlərində cari təmir, bərpa və profilaktik xidmət işlərini yerinə yetirmək; Kabel birləşmələrinin, sonluqlarının və əlaqəli elementlərin yoxlanılması və saz vəziyyətdə saxlanılmasında iştirak etmək; Nasaz kabel və əlaqəli elementlərin dəyişdirilməsi, təmiri və bərpası işlərində iştirak etmək; Kabellərin mexaniki üsulla çəkilməsi və montaj işlərini yerinə yetirmək; Texniki xidmət və təmir zamanı müvafiq alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək; İşlərin görülməsi zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.

Требования

  • Orta ixtisas təhsili (texniki ixtisaslara üstünlük verilir); Müvafiq sahədə 6 ay–1 il iş təcrübəsi ; Kabelçəkmə və kabel montajı üzrə ilkin praktiki bilik və bacarıqlar; Kabellərin mexaniki üsulla çəkilməsi və montaj üsulları barədə bilik; Kabelçəkmə və montaj işlərində istifadə olunan alət və qurğularla işləmək bacarığı; Texniki və fiziki iş şəraitində işləməyə uyğunluq; Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı.
Назад