Вакансии
BR

Monitorinq şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi

Bank Respublika ASC

Təsvir

Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək; Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Требования

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür; Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi mütləqdir; Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır; MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Analitik düşünmə qabiliyyəti; Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Назад
BR
Monitorinq şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi
Bank Respublika ASC
Откликнуться
Опубликовано: 13 августа 2026
Дедлайн: 12 сентября 2026
Компания Bank Respublika ASC
Страна Азербайджан
Город Баку
Опыт 1-2 il
Уровень Mütəxəssis
ID источника 52911967
Просмотры 108

Detail.Share