Nəqliyyat çilingəri (İmişli İFT)
Təsvir
Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarının təmin edilməsi; Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi; Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq; Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək; İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq: Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək.
Требования
- Nəqliyyat vasitələrinin detallarının və hissələrinin bərpa üsullarını, avadanlıqların işləyən hissələrinin yüklənmə hədlərini, nasazlıq və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilmək; Müvafiq sahədə 1 il iş təcrübəsi; Məsuliyyətli, işgüzar, dürüst və çevik olmaq; Komandada işləmək, yaxşı ünsiyyət qurmaq; Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilmək.