Вакансии
PB

Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis

PASHA Bank

Təsvir

Məhsullar üzrə KPI-lara uyğun illik rəqəmsal marketinq strategiyasında iştirak etmək; Kanallar üzrə büdcənin düzgün bölüşdürmək; Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmalarını aparmaq; Məhsullar üzrə rəqəmsal kanallarda yeni fürsətləri araşdırmaq; Müvafiq veb-saytlarda məhsullar üzrə illik SEO planının hazırlamaq və tətbiq etmək; Google Analytics və Tag Manager istifadə edərək veb-saytlara nəzarət və təkmilləşdirilməsi üçün tövsiyyələri vermək; “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” alətləri ilə SEO nəticələrini izləmək və veb-saytı optimallaşdırmaq; Məhsullar üzrə “Google Analytics”, “Yandex Metrica”, Microsoft Clarity və “Hotjar” proqramları ilə müştəri davranışları reportunu hazırlamaq; Məhsullar üzrə açar söz araşdırması edərək veb-saytdakı məzmunların SEO-ya uyğunlaşdırılmasına dəstək olmaq; Məhsullar üzrə A/B testlərin tətbiqi, yeni yanaşmaların, istifadəçi seqmentlərinin və kanalların müəyyən etmək; “Facebook”, “Instagram”, “LinkedIn”, “Google Ads”, “yerli programatiklər”, “Telegram”, TikTok kanalları üzrə ödənişli reklam kampaniyalarını icra etmək; Mütəmadi olaraq qoyulmuş reklamların optimizasiyası və aylıq hesabatları hazırlamaq; E-mail marketinq kanallarının (məs. “Mailchimp”) istifadəsi, müvafiq alqoritmləri qurmaq və hesabatı hazırlamaq.

Требования

  • Təhsil: Marketinq, Biznes və ya müvafiq sahələrdə bakalavr dərəcəsi üstünlükdür; Tələb olunan iş təcrübəsi: Rəqəmsal marketinq sahəsi üzrə 3 il iş təcrübəsi; Texniki Səriştələr: İdarə etdiyi reklam kampaniyaları və müvafiq nəticələri analiz etmək; Veb-sayt admin panelində işləmək bacarığı; Xarici dillər: İngilis dilində yüksək şifahi və yazılı ünisiyyət qura bilmə bacarığı; Kompüter bilikləri: Müvafiq analitika alətlərində yüksək səviyyədə işləmə bacarığı: “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” “Google Analytics”, “Yandex Metrica”, “Hotjar”, “Tag Manager”. Müvafiq reklam alətlərində yüksək səviyyədə işləmək bacarığı: “Meta Business Suite”, “Google Ads” “LinkedIn Ads, “TikTok Ads” və yerli proqramatiklər; Claude, ChatGPT və Gemmini kimi AI platfromaları ilə işləmək bacarığı; Digər tələblər: Analitik düşünmə qabiliyyəti.
Назад