Tender şöbəsinin müdiri
Təsvir
Daxili və xarici bazarları araşdırmaqla şirkətin əsas fəaliyyətinə, siyasətinə, maraq və tələblərinə uyğun tenderlərin/sorğuların seçilməsi; Yeni və mövcud inşaat layihələri haqqında məlumatların əldə edilməsi; Şöbə daxilində mütəxəssislər tərəfindən hazırlanan layihələr, sifarişçilər, icraçılar haqqında hesabatların yoxlanılması və rəhbərliyə təqdim edilməsi; Layihələrdə iştirakla bağlı məlumatı aid olduğu rəhbərə ötürərək rəhbərinin göstərişi yönündə hərəkət etməsi; Tenderlə/sorğuyla bağlı digər şöbələrlə koordinasiya işlərinin təşkili; Tender/sorğu sənədlərinin Azərbaycan Respublikası Qanunvericiliyinə və Satınalma üzrə qanunlarına, eləcə də beynəlxalq norma və standartlara uyğun toplanmasına, standartlaşmasna nəzarət; Tender sənədlərinin, tələblərinin mütəxəssislərlə bərabər təhlili, koordinasiyası, nəzarətin həyata keçirilməsi; Rəqabətli qiymətlərin İcraçılardan əldə edilməsi, təhlili, görüşlərin təşkili və idarə olunması; Podratçılarla, Sifarişçilərlə işgüzar münasibətlərin qurulması, onların fəaliyyətinin və uyğunluğunun izlənməsi; Tenderlərlə bağlı rəhbərliyə tövsiyyələrin verilməsi; Tender/sorğu məlumatları bazasının yenilənməsinə nəzarət; Tenderlərdə/sorğularda iştirakla bağlı niyyət məktublarının göndərilməsinə nəzarət; Potensial və icrası nəzərdə tutulan layihələrlə bağlı Sifarişçilərə dəstək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Требования
- Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil İş təcrübəsi: Mülki tikinti sahəsində, İnşaat Mühəndisliyi və smeta mühəndisliyi və ya oxşar vəzifədə azı 10 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır; Kompüter bilikləri : MS Office, AutoCad.