Вакансии
MF

Ticarət və İnvestisiya Xidmətləri şöbəsinin meneceri

MFX-Trading

Vakansiya üzrə əsas tələblər:

• Ali təhsil (Maliyyə, İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları və oxşar sahələr arzuolunandır);

• Maliyyə bazarları haqqında nəzəri və praktiki biliklər

• Təşəbbüskarlıq;

• Analitik düşüncə tərzi;

• Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili biliyi arzuolunandır);

• MS Office proqramları üzrə biliklər;

• Rəqəmlərlə və sənədlərlə işləyən zaman dəqiqlik;

• Verilən tapşırıqların icrasına sistemli yanaşma (tapşırıqları vaxtında və keyfiyyətli icra etmək və s.);

• Qiymətli kağızlar bazarında fəaliyyət üçün ixtisas şəhadətnamələri

Namizəd aşağıdakı bilik və bacarıqlara sahib olmalıdır:

• Müştərilərə marja ticarəti və digər investisiya xidmətlərini icra etmək təcrübəsi və bacarığı.

• KYC/AML qanunvericiliyinin tələblərini bilmək və tətbiq etmə təcrübəsi və bacarığı.

• Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən və etibarlılıq müddəti bitməyən A1, B1 ixtisas şəhadətnamələrinə malik olmaq.

• Ticarət platformaları üzrə istifadəçilərə funksional dəstək vermək.

• Müştərilərdən daxil olan sorğu və müraciətləri operativ şəkildə cavablandırmaq.

İş şəraiti

• İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək.

• Əmək haqqı: Müsahibə əsasında.

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Назад